“Problemin yeganə həlli işğalın dayandırılmasıdır” - Ərdoğan

8 Oktyabr 2020 22:19 (UTC+04:00)

“Ermənistanın münaqişəyə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir düyün kimi qalmış Dağlıq Qarabağ problemi artıq həll olunmalıdır”.

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə-Afrika İqtisadi və İş Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Ərdoğan Azərbaycanın Qarabağın işğaldan azad olunması istiqamətində son dərəcə qətiyyətli olduğunu bildirib:

“Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazisidir. BMT və ATƏT işğalçıların torpaqlardan çıxması üçün qətnamələr hazırlasa da, onlar buna əməl etməyib. Problemin yeganə həlli işğalın dayandırılmasıdır.

Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın işğal edilmiş torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsini dəstəkləyirik. Ədaləti və qanunu müdafiə edən bütün ölkələri Azərbaycanı dəstəkləməyə çağırırıq”.