Ermənistan Xankəndindəki əsgərləri təxliyə edir

9 Oktyabr 2020 10:30 (UTC+04:00)

Azərbaycan Ordusunun Xankəndi şəhərinə endirdiyi atəş zərbələrindən ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələrinin burada yerləşən hərbi hissələrinin şəxsi heyəti təxliyə edilir.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xankəndidə yerləşən hərbi hissələrdən birinin sığınacağına endirilən artilleriya atəşi nəticəsində xeyli sayda hərbi qulluqçu məhv edilib və yaralanıb.