İşğaldan azad edilən Cəbrayıl rayonu - VİDEO

9 Oktyabr 2020 11:30 (UTC+04:00)

Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilən Cəbrayıl rayonundan video paylaşıb.

AzNews.az-ın məlumatına görə, videoda Azərbaycan əsgərləri Cəbrayıl rayonunun mərkəzinə daxil olur və orada Azərbaycan bayrağını dalğalandırır.

Hərbi qulluqçularımız bayrağa and içir ki, bütün işğal altında olan ərazilərimiz düşmən tapdağından azad olunacaq və həmin ərazilərdə də yaxın vaxtlarda Azərbaycan bayrağı dalğalanacaq.