Bişkekdə fövqəladə vəziyyət elan olundu

9 Oktyabr 2020 15:28 (UTC+04:00)

Qırğızıstan Prezidenti Sooronbay Jereenbekov paytaxt Bişkek şəhərində bu gün saat 20:00-dan etibarən fövqəladə vəziyyət rejiminin tətbiq olunması barədə qərar qəbul edib.

AzNews.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Həmçinin bildirilib ki, Prezident Daxili İşlər nazirinin müavini Almaz Orazaliyevi paytaxtın komendantı təyin edib.