Bu gün 20 şagird koronavirusa yoluxub

9 Oktyabr 2020 15:43 (UTC+04:00)

9 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı məlumat açıqlanıb.

AzNews.az xəbər verir ki, koronavirusa 20 şagird və 6 müəllim yoluxub.

Hərarəti 37 dərəcədən yüksək olan şagirdlərin sayı 8, işçi heyətinin sayı isə 2-dir.