“Şəhidlərin ruhu qarşısında onları diz çökdürmüşük”

9 Oktyabr 2020 19:04 (UTC+04:00)

“Moskva danışıqlarından sonra yenə də saxtakarlıq edəcəklərsə, peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq. Sülh yolu ilə, ya da müharibə yolu ilə. Biz istəyirik ki, sülh yolu ilə bunu təşkil edək, sülh yolu ilə alaq. Ermənistana axırıncı şans veririk”.

AzNews.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev xalqa müraciətində deyib.

Ali Baş Komandan bildirib ki, Ermənistan heç kimə ümid bağlamasın, heç kim onlara kömək etməyəcək:

“Bizim qabağımızda Ermənistan acizdir, bizim qabağımızda Ermənistan diz çöküb qabağımızda. Şəhidlərin ruhu qarşısında onları diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Şəhid valideynləri ilə görüşlərdə demişdim ki, onların qisasını alacağıq”.