Atambayev Qırğızıstan Prezidentini istefa verməyə çağırdı

10 Oktyabr 2020 08:43 (UTC+04:00)

Təcridxanadan azad edilmiş Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev hazırkı dövlət başçısı Soonbay Jeenbekovu istefa verməyə çağırıb.

AzNews.az bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Atambayev Qırğızıstan Sosial-Demokrat Partiyasının mənzil-qərargahı qarşısında tərəfdarları önündə çıxış edib.

Eks-prezident öz prezidentliyi dövründə yol verdiyi səhvlərə görə xalqdan üzr istəyib və hazırkı dövlət başçısını sərt tənqid edib.

Atambayev Jeenbekovun istefasının, xalqın birliyinin və həmrəyliyinin qorunmasının vacibliyini bildirib.