Tramp qan plazması bağışlamağa hazırdır

10 Oktyabr 2020 09:45 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp COVID-19 müalicəsini başa vurduqdan sonra koronavirus xəstələri üçün qan plazması bağışlamağa hazır olduğunu açıqlayıb.

AzNews.az xəbər verir ki, Tramp bu barədə "Fox News"a müsahibəsində bildirib. "Hələ heç kim bu sualı mənə verməyib, amma mən buna hazır olacağam",-deyə o qeyd edib.

Tramp müalicə dövründə özünü zəif hiss etsə də, nəfəs almaqda çətinlik çəkmədiyini bildirib.