Ermənistanda bir günə 649 nəfər yoluxdu

10 Oktyabr 2020 12:32 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 55 min 736 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, son sutkada daha 649 nəfər COVID-19-a yoluxub.

Ölkədə koronavirusdan ölənlərin sayı daha 6 nəfər artaraq 1016-ya çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.