Ermənilər növbəti itki siyahısını açıqladı

10 Oktyabr 2020 13:11 (UTC+04:00)

İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.

AzNews.az xəbər verir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını “Sputnik Ermənistan” saytı yayıb.

Bildirilir ki, ermənilər oktyabrın 10-da daha 28 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 405 hərbçisinin öldüyünü etiraf edib.