Koronavirusa yoluxanların sayı 37 milyonu ötdü

10 Oktyabr 2020 17:29 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı 37 milyonu keçib.

AzNews.az “Worldometers.info”ya istinadən xəbər verir ki, hazırda bu rəqəm 37 milyon 157 min 647-dir. İnfeksiya nəticəsində 1 milyon 73 min 404 nəfər dünyasını dəyişib. Pandemiyanın başlanğıcından 27 milyon 922 milyon 434 nəfər xəstəliyə qalib gəlib.

Yoluxma sayına görə dünya dövlətləri sırasında ABŞ (7 895 026 nəfər) liderdir. İkinci və üçüncü yerləri Hindistanla (6 979 423) Braziliya (5 057 190) paylaşır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu martın 11-də pandemiya elan edib.