Ermənistandan Mingəçevirə ballistik raket atılıb - Video

10 Oktyabr 2020 20:11 (UTC+04:00)

Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı "SCUD" ballistik raket atılıb.

AzNews.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.

“Atılan raket S-300 hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır”, - deyə H.Hacıyev qeyd edib.