Bakının bu rayonunda su olmayacaq

10 Oktyabr 2020 19:23 (UTC+04:00)

Bakının Xətai rayonunda suyun verilməsində məhdudiyyət olacaq.

"Azərsu" ASC-dən AzNews.az-a verilən məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 10 oktyabr 2020-ci il tarixində gün ərzində Xətai rayonunun Lütfi-zadə (keçmiş Telnov), Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov, Nəsrəddin Tusi küçələrinə, Gəncə prospekti və Seyid Əzim Şirvani küçəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.