Bakının atəşə məruz qalması barədə yayılan məlumatlar yalandır - Müdafiə Nazirliyi

11 Oktyabr 2020 09:27 (UTC+04:00)

Düşmənin təxribat və dezinformasiya fəaliyyətləri davam edir.

Müdafiə Nazirliyindən AzNews.az-a bildirilib ki, sosial şəbəkələrdə Bakı şəhərinin atəşə məruz qalması barədə yayılan məlumatlar yalandır və düşmən dezinformasiyasının növbəti təzahürüdür.