Gəncədə ölənlərin sayı 7-ni keçdi

11 Oktyabr 2020 10:48 (UTC+04:00)

“Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb”.

AzNews.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb.

O qeyd edib ki, indiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb: “Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.