Ermənilərin polkovnik-leytenantı məhv edildi

11 Oktyabr 2020 11:06 (UTC+04:00)

Ermənistanın 1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyüş mövqelərini özbaşına tərk edən hərbi qulluqçuların sayı kütləvi hal alıb. Hərbi polis bu cür əsgərlərin məcburən səngərlərə geri qaytarılmasında acizdir.

AzNews.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da var.