Prezident tvitterdə Gəncənin vurulmasından yazdı

11 Oktyabr 2020 18:21 (UTC+04:00)

“Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”

AzNews.az xəbər verir ki, bunu tvitterdəki şəxsi hesabında Prezident İlham Əliyev yazıb.

O qeyd edib ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub: “Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir.

Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”