Bu gün 230 nəfər yoluxdu

11 Oktyabr 2020 19:45 (UTC+04:00)

Azərbaycanda bu gün koronavirus infeksiyasına yeni 230 yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 1 nəfər COVID-19-dan vəfat edib.