Gənc Futbol Ulduzları: David Alaba - Yeni rubrika

5 İyun 2013 12:27 (UTC+04:00)
Aznews.az yeni rubrikaya start verir.

Gənc Futbol Ulduzları rubrikasında futbol azarkeşləri hər gün yeni bir futbolçu haqqında ətraflı məlumat əldə edəcəklər.

Rubrikanın ilk sayında "Bavariya" klubunun futbolçusu David Alabadan bəhs edəcəyik.

21 yaşlı futbolçu möhtəşəm oyunu ilə qısa zamanda böyük azarkeş kütləsi toplaya bilib.

David Alaba - Avstriya seçməsinin və "Bavariya" klubunun futbolçusudur.

1992-ci il 24 iyunda anadan olub. Sol cinah müdafiəçisi olsa da, onu yarımmüdafiənin sol cinahında və mərkəzində də görə bilərsiz. Sol ayağı daha işləkdir."Bavariya"nın yeni Lizarazyusu kimi də tanınır.

Anası həkim, atası dj (reper) olan futbolçu, karyerasına "Aspern" klubunda başlayır.

Transfer qiyməti - 22.000.000 avro.

10 aprel 2010-cu ildə futbolçu "Bavariya"nın əsas heyətində debüt edir. Münhenlilərin "Qroyter Fyurt"la Almaniya kubokunda keçirdiyi qarşılaşmanın 59-cu dəqiqəsində Kristian Lelli əvəz edir. Bir neçə dəqiqə sonra Frank Riberiyə qol ötürməsi edir. Bu qol komandaya qələbə qazandırır.

Möhtəşəm startdan başqa futbolçu "Bavariya"nın rəsmi matçlarda meydana çıxan ən gənc oyunçusu kimi də tarixə düşür. Belə ki, onun bu ərəfədə cəmi 17 yaşı var idi. 6 mart tarixində isə Alaba "Köln"lə keçirilən qarşılaşmada meydana çıxmaqla Bundesliqa da debüt etmiş olur.

Davidin Çempionlar Liqasındakı debütü "Fiorentina" ilə matça təsadüf edir.
2011-ci ildə "Bavariya" Alaba ilə müqaviləsini 2015-ci ilə qədər uzatdı.

Milli karyerası: Alaba əsas millidə ilk dəfə 14 oktyabr 2009-cu ildə forma geyindi. Fransa ilə keçirilən matçda o, Kristian Fuksu əvəz etdi.

Uğurları: 2011-ci ildə Avstriyada ilin oyunçusu
2009/10-cu il mövsümündə Almaniya çempionu
2009/10-cu il mövsümündə Almaniya kubokunun sahibi
2009/10-cu il mövsümündə Almaniya superkubokunun sahibi
2009/10; 2011/2012 mövsümlərində Çempionlar Liqası finalçısı

Elvin CanTuran
AzNews.az