Bu gündən Azərbaycanda qripə qarşı peyvəndə start verilir

12 Oktyabr 2020 00:17 (UTC+04:00)

Bu gündən başlayaraq əhali arasından müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına start veriləcək.

AzNews.az-ın məlumatına görə, Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, bu kampaniya zamanı ilk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcəklər.

Kampaniya çərçivəsində bu əhali qruplarından olan şəxslər yaşayış yeri üzrə əhaliyə xidmət göstərən ambulator-poliklinik müəssisələrə müraciət edərək, həkim baxışından keçib peyvənd vurdura bilərlər.

Kampaniya 1 ay müddətində davam edəcək.

Qeyd edək ki, peyvənd pulsuz olacaq.