Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir

12 Oktyabr 2020 11:45 (UTC+04:00)

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.