Düşmənin 3 PUA-sı məhv edilib

12 Oktyabr 2020 12:00 (UTC+04:00)

Oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı, bu gün saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində 1 PUA-sı hava hücumunda müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə məlumat AzNews.az-a Müdafiə Nazirliyindən verilib.