"Ermənistan hərbi cinayətlərə görə Azərbaycandan üzr istəməlidir"

12 Oktyabr 2020 12:45 (UTC+04:00)

Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də atəşkəsi nəzərə alaraq öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal geri çəkməlidir.

AzNews.az xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Onun sözlərinə görə, Ankarada Qars-Ərdəhan-İğdır Cəmiyyətləri Federasiyasının təşkil etdiyi Azərbaycana dəstək məqsədilə Qarabağ mitinqi keçirilib.

Y.Topçu bəyan edib ki, Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması bütün dünyanın xeyrinə olacaq: "Əgər Ermənistan rəhbərliyinin vicdanı varsa, indiyə qədər həyata keçirdiyi bütün hərbi cinayətlərə və hüquq pozuntularına görə Azərbaycana təzminat ödəyib, Azərbaycandan və BMT-dən üzr istəməlidir”.