İlham Əliyev: “Biz heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışıq”

12 Oktyabr 2020 16:30 (UTC+04:00)

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində bildirib.

“Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Biz heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışıq. Bu gün də aparmırıq. Bu Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir.

Qalıcı atəşkəsin təmin edilməsi üçün ilk növbədə Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcək, ora dönməyəcəklər. Bu onlar üçün tamamilə imkansızdır. Kim nə deyirsə, desin. Kim onları necə dəstəkləyirsə, dəstəkləsin. Bu olmayacaq. Biz dədə-baba torpaqlarımza gəlmişik.

Bizi oradan heç bir qüvvə çıxara bilməz. Nə qədər tez bunu anlasalar, onlar üçün o qədər yaxşı olacaq”, - deyə İ.Əliyev bildirib.

Prezident qeyd edib ki, davamlı atəşkəs üçün iki tərəfin buna sadiq olması lazımdır:

“Biz buna sadiqik. Qüvvəyə minən atəşkəsə riayət edirdik, amma Ermənistan bunu pozur. Təbii ki, biz buna səssiz qala bilməzdik. Beləliklə atəşkəs qüvvəyə mindi, amma real həyatda baş vermədi”.