Gəncə şəhərinə düşmən tərəfindən atılan raket zərbəsi nəticəsində 11.10.2020-ci il tarixində saat 02:15-dən etibarən Gəncə şəhəri, Ələkbər Rəfibəyli küçəsində qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İB-dən AzNews.az-a daxil olan məlumata görə, 200 abonentin qaz təchizatı məhdudlaşdırılıb. 200 abonentdən təxminən 30 abonentin yaşayış ünvanı artıq yoxdur.
170 abonentin qaz təchizatının bərpa edilməsi üzrə işlər aparılır.