Paşinyanın selfi çəkdirdiyi raket kompleksi məhv edilib

13 Oktyabr 2020 12:30 (UTC+04:00)

Ermənistan ötən ilin dekabrında Rusiyadan sifariş verdiyi “Tor-M2KM” zenit-raket kompleksi bu gün Azərbaycan ordusu tərəfindən məhv edilib.

Məlumata görə, ötən ilin dekabrında Ermənistanın “Tor-M2KM” zenit-raket kompleksini alması ilə bağlı məlumatı Nikol Paşinyan özü sosial media hesablarından bildirmişdi. Paşinyan hərbi avadanlığın önündə selfi çəkidirərək paylaşmışdı.

Paşinyan Ermənistanın “Tor-M2KM” ZRK-nin Hindistandan sonra ikinci istifadəçisi olduğunu da bildirmişdi.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bunlardan biri də “Tor-M2KM” raket kompleksidir.

Bundan əlavə dünən humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. (Trend)

AzNews.az