Futbolçu Azərbaycana dəstəyini Atatürkün sözləri ilə bildirdi

14 Oktyabr 2020 11:30 (UTC+04:00)

Dünyaca məşhur türk əsilli futbolçu Məsud Özil öz “Twitter” hesabımdan Azərbaycana dəstək olduğu ilə bağlı paylaşım edib.

AzNews.az xəbər verir ki, futbolçu paylaşımında Mustafa Kamal Atatürkün sözlərindən istifadə edib:

"Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir"

Qeyd edək ki, Özilin "Twitter" səhifəsində 25 milyon izləyicisi var.

Səidə

AzNews.az