Su-25 təyyarəmiz vurulmayıb

14 Oktyabr 2020 12:00 (UTC+04:00)

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Bu barədə AzNews.az-a Müdafiə nazirliyindən bildirilib.

Məlumatda qeyd edilir: "Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb".