"Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradıdır"

14 Oktyabr 2020 12:15 (UTC+04:00)

Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradıdır.

AzNews.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Ermənistanın humanitar atəşkəsə "sadiqliyi" qatı riyakarlıqdır: “Səhər saatlarında Tərtər güclü artilleriya hücumuna məruz qalır. Şəhər və ətraf kəndlərə 100-dən çox artilleriya raketi atılıb. Altı dinc sakin yaralanıb. Bir dinc sakin həlak olub. Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”.