Kılıçdaroğlu: “Mülki insanlara hücum müharibə cinayətidir"

14 Oktyabr 2020 17:15 (UTC+04:00)

Ermənistan atəşkəsi pozur, mülki vətəndaşlara edilən hücumların cinayət olduğunu vurğulayan CHP lideri, Moskvada qurulan atəşkəs masasında niyəTürkiyənin yer almadığını soruşub.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu, Ermənistanın Azərbaycana qarşı hücumlarına reaksiya verib:

“Ermənistan mülki insanlara hücum edir. Bu müharibə cinayətidir. Rusiyada masa quruldu. Hadisələr izlənildi, amma Türkiyə masada yox idi. Bunu Türkiyədəki bütün vətəndaşlarının yaddaşına yazmaqlarını istəyirəm. Madam ki, problemin həllinə köməyə hazırıq, bəs nə üçün o masada yoxuq? " - sözlərini deyib.

Partiyasının qrup toplantısında çıxış edən Kılıçdaroğlu qısaca deyib:

“Ərazisi işğal altında olan bir dövlət mübarizə aparır. Cənab Əliyev "vuruşacağam" demir. "İşğal olunmuş əraziləri tərk etsələr, problem yoxdur" deyir. O haqlıdırmı, düzdür haqlıdır. Bu həm də ümumdünya qanunlarına və insan haqlarına uyğundur. Ermənistan işğal olunmuş əraziləri tərk etməlidir ki, artıq qan tökülməsin. Ancaq mülki insanlara hücum edərlər”.

Səidə

AzNews.az