Rusiya Ukraynaya qarşı bəzi sanksiyaları ləğv edəcək

14 Oktyabr 2020 19:43 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın bir neçə müəssisəsinə qarşı tətbiq olunan sanksiyaların ləğvi barədə qərar verib.

AzNews.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, ölkə başçısı Moskva ilə Kiyev arasında genişmiqyaslı qarşılıqlı əlaqələrin bərpa olunacağına ümidvar olduğunu bildirib.

“Ukrayna ilə hərtərəfli qarşılıqlı əlaqəni bərpa etməyə hər zaman hazırıq. Müəssisələrimiz arasında iş birliyinin səviyyəsi və dərinliyi çox yüksək idi, bu, qarşılıqlı fayda gətirdi, iş yerlərini qurtardı və insanlara layiqli əmək haqqı verdi. Ukraynalı tərəfdaşlarla tam formatlı qarşılıqlı əlaqəni bərpa etməyə hazırıq”, - deyə Rusiya Prezidenti qeyd edib.