Xankəndidən sonra Şuşa da boşalır

14 Oktyabr 2020 20:54 (UTC+04:00)

Azərbaycanın işğal altında olan Şuşa şəhərinin 80%-dək əhalisi evlərini tərk edib.

AzNews.az xəbər verir ki, bu barədə “TASS”a yerli administrasiya rəhbəri bildirib. Onun sözlərinə görə, şəhərdə 20-30%-dən çox insan qalmayıb. Onların əksəriyyəti isə orta yaşlı şəxslərdir.

Qeyd edək ki, bundan əvvəl Xankəndidə çəkiliş aparan “Mash” teleqram kanalı şəhərin tamamilə boşaldığını əks etdirən reportaj hazırlamışdı.