Cəbrayıldakı "Dostluq" bulağı 28 il fərqlə

15 Oktyabr 2020 11:15 (UTC+04:00)

Azərbaycan Ordusunun işğaldan azad etdiyi Cəbrayıl şəhərində yerləşən "Dostluq” bulağının 28 il sonra yeni fotosu yayılıb.

AzNews.az xəbər verir ki, foto sosial şəbəkədə paylaşılıb.

Ermənilər digər abidələrimiz kimi "Dostluq” bulağını da dağıdıblar. Amma bulağın üstündə kiril əlifbası ilə yazılmış adı olduğu kimi qalıb.

Qeyd edək ki, 1993-cü il 23 avqustunda işğal edilən Cəbrayıl rayonu oktyabrın 4-də ordumuz tərəfindən azad edilib.

Səidə

AzNews.az