Azərbaycan təyyarəsinin vurulması barədə yayılan xəbər dezinformasiyadır

15 Oktyabr 2020 16:30 (UTC+04:00)

Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Bu barədə AzNews.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Rəsmi olaraq bildiririk ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb", - məlumatda bildirilib.