Prezident: "Ermənistan öz xoşu ilə qalan torpaqlardan çıxmalıdır"

15 Oktyabr 2020 17:45 (UTC+04:00)

“Ermənistan öz təcavüzünü dayandırmalıdır, atəşkəsə əməl etməlidir və öz xoşu ilə qalan torpaqlardan çıxmalıdır”.

AzNews.az xəbər verir ki, bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Çünki qan tökülməsin və bundan sonra sülh yolları ilə bu məsələ həll edilsin”, - deyə Prezident İlham Əliyev bildirib.