Dövlət qurumlarında işçilərin say həddi 30 faizədək azaldılır

16 Oktyabr 2020 10:30 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir.

Bu barədə AzNews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.