Bakı metrosu işləməyəcək

16 Oktyabr 2020 10:40 (UTC+04:00)

2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

AzNews.az-ın məlumatına görə, bu barədə Operativ Qərargah məlumat yayıb.