"2 həftə ərzində yoluxma sayı azala bilər"

16 Oktyabr 2020 11:30 (UTC+04:00)

Hesab edirik ki, məktəblərin bağlı olduğu 2 həftə ərzində yoluxma sayı azala bilər.

Məlumata görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, son günlərdə qeydə alınan yoluxma sayı sürətlə artır: "Təhsil sistemi 2 milyona yaxın təhsilalanı özündə təmsil edir. Bu təhsilalanların məktəbə getməsi yoluxma hallarının sayının artmasına təkan verə bilər".

E.Əmrullayev əlavə edib ki, son günlər ərzində koronavirusa görə bağlanan məktəblərin sayı çoxalıb.

AzNews.az