Oqtay Əsədovun Brüsseldə rəsmi görüşləri başlanır

5 İyun 2013 13:57 (UTC+04:00)



Mətuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, səfər çərçivəsində xeyli sayda rəsmi görüşlər nəzərdə tutulur. "Belçika parlamentində Nümayəndələr Palatasının sədri ilə, Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun nümayəndələri görüşəcək. Hər iki qanunvericilik orqanlar arasında əlaqələrlə bağlı olaraq müzakirələr aparılacaq".
Nümayəndə heyətimiz həmçinin Avropa Parlamentində olacaq və təşkilatın prezidenti Martin Şutzla görüşəcəklər. "Avropa parlamentinin xarici əlaqələr komitəsinin sədrilə də görüş olacaq. Daha sonra dostluq qrupunun üzvlərilə görüş keçiriləcək. Azərbaycan nümayəndə heyəti həm də Avropa İttifaqı Şurasında olacaq".

Xatırladaq ki, Milli Məclisin spikeri Oqtay Əsədov Brüssel şəhərində səfərdədir. (modern.az)

AzNews.az