“Gürcüstandan Ermənistana qaçaq silah göndərilir”

16 Oktyabr 2020 18:19 (UTC+04:00)

“Bizdə olan məlumata görə, Gürcüstan ərazisindən Ermənistana bu gün qaçaq silah göndərilir”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunun Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində deyib.

O bildirib ki, Ermənistan bu yaxınlarda bir təyyarə alıb: “Bu təyyarələri Rusiyada yaşayan erməni iş adamları alıb. Onlar Rusiyada yaşayan erməniləri Qarabağa göndərib bizə qarşı vuruşdururlar”.