Ermənistan keçmiş hakimiyyətin nümayəndələrini orduya cəlb edir

16 Oktyabr 2020 19:21 (UTC+04:00)

Məlum olduğu kimi, Ermənistanda sentyabrın 27-dən hərbi vəziyyət və ümumi səfərbərlik elan olunub.

AzNews.az-ın “Hraparak” nəşrinə istinadən məlumatına görə, keçmiş hakimiyyətin böyük sayda nümayəndələri orduya çağrılıblar.

Məsələn, Paşinyanın ən sərt tənqidçilərindən biri, “slaq.am” saytının redaktoru Menua Harutyunyan bir həftədir ehtiyat qoşununun sıralarındadır, sərhəddədir.

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan da orduya çağrılıb: o, ixtisasca həkim-patoloqdur. Həmçinin böyük sayda keçmiş erməni deputatlar - Andranik Karapetyan, Rustam Qasparyan qulluq edirlər. Araqats Axoyan cəbhədən yeni qayıdıb.

“Orinats Yerkir” partiyasının sədri Artur Bağdasaryanın oğluna da çağırış gəlib.

Ermənistan Respublikaçılar Partiyasından olan keçmiş vilayət rəhbərlərindən biri və oğlu da hərbi komissarlıqdan bildiriş alıb. O deyib ki, bildiriş alıblar, ancaq hələ çağırılmayıblar, öz növbələrini gözləyirlər.