“Erməni tərəfindən vuruşanlarda Kanada və Livan pasportları var”

16 Oktyabr 2020 19:43 (UTC+04:00)

“Bu gün erməni tərəfindən vuruşan və öldürülən şəxslərin üzərində Kanada və Livan pasportları da var”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber” kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, həmin şəxslər arasında şübhəlilər də var: “Bu döyüşlərdən əvvəl də Ermənistan tərəfində PKK üzvlərinin döyüşməsi barədə məlumat var idi. Onlar dağlardakı kamplarda formalaşırlar”.

Prezident əlavə edib ki, əgər Ermənistan bizə qarşı “Toçka-U”, “İsgəndər”, “Skat” və ya digər raketlərdən istifadə edəcəksə, onlar bizim üçün legitim hədəf olacaqlar: “Bunu hər kəs bilsin”.