"Gəncədə 20-dən çox ev dağıdılıb" - Hikmət Hacıyev

17 Oktyabr 2020 02:17 (UTC+04:00)

"Azərbaycanın ikinci böyük şəhərində günahsız dinc sakinlər Ermənistanın raket hücumuna məruz qalırlar".

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

"Humanitar atəşkəsə dair vicdansız çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb", - o bildirib.

Innocent civilians in the second biggest city of Azerbaijan are under the indiscriminate and targeted missile attack of Armenia. Unscrupulous calls for humanitarian ceasefire should see these war crimes of #Armenia. According to initial info more than 20 houses destroyed. pic.twitter.com/fznh82kqur

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020