Prezidentin köməkçisi: "Ermənistan məsuliyyətə cəlb edilməlidir" - FOTOLAR

17 Oktyabr 2020 02:25 (UTC+04:00)

"Ermənistanın Azərbaycan mülki vətəndaşlarına etdiyi qorxaq və xain raket hücumları, o cümlədən Gəncəyə daha bir raket zərbəsi, Ermənistanın dövlət səviyyəsində terror/soyqırım aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir".

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.