Gəncədə raket atəşi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

17 Oktyabr 2020 03:41 (UTC+04:00)

"Ermənistan tərəfindən Gəncənin alçaq raket atəşi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Yaralıların sayı 35 nəfərdir".

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Dağıntılar altında qalmış dinc sakinlərin fövqəladə xidmətlərin əməkdaşları tərəfindən xilas olunması davam edir", - deyə o bildirib.

UPDATE: the number of killed as a result of Armenia's vile missile attack to Ganja reached to 6. The number of wounded is 35. Civilians are continued to be saved from the debris of destruction by emergency services. pic.twitter.com/Dfp3FLQwkV

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020