Sentyabrın 27-dən 60 mülki şəxs həlak olub

17 Oktyabr 2020 13:34 (UTC+04:00)

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 60 mülki şəxs həlak olub, 270 nəfər yaralanıb.

Bundan başqa, 327 mülki obyekt, 1704 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.