“Şahdəniz”dən 86,5 mlrd kubmetr qaz ixrac edilib

17 Oktyabr 2020 18:12 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayların ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli”dən 173,7 mlrd kubmetr, “Şahdəniz”dən isə 130,1 mlrd kubmetr qaz hasil edilib.

Bu barədə AzNews.az Energetika Nazirliyinin bu ilin 9 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 86,5 mlrd kubmetr qaz ixraca nəql edilib.