AŞPA-nın yay sessiyasının gündəmi bəlli olub

5 İyun 2013 14:45 (UTC+04:00)


APA-nın AŞPA mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yay sessiyasında Yaxın Şərqdə vəziyyət, Bolqarıstanda keçirilən seçkilər, Macarıstanla bağlı monitorinq prosedurunun açılması, səhiyyə və digər məsələlər müzakirə olunacaq. Gündəlikdə Azərbaycanla bağlı məsələ yoxdur.

Sessiya çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın və Avropa Parlamentinin prezidenti Martin Şultsun çıxışları nəzərdə tutulub.

AzNews.az