Türkiyədə daha 1723 nəfər koronavirusa yoluxdu

17 Oktyabr 2020 23:20 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində daha 71 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 224 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 723 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 345 678 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 401 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 302 499 nəfər təşkil edir.