Ermənistan növbəti yalan məlumat yayıb

18 Oktyabr 2020 09:06 (UTC+04:00)

Azərbaycan hərbçilərinin guya mühasirəyə düşməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalan və dezinformasiyadır.

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Həqiqətdə real vəziyyət tam fərqlidir. Bütün cəbhə boyu əməliyyat üstünlüyü Azərbaycan Ordusunun tərəfindədir", - deyə məlumatda deyilir.